“Unibank”ın əməliyyat mənfəəti 7 dəfədən çox artıb – DEPOZİT PORTFELİ 1 MİLYARDI AŞIB
“Unibank” Kommersiya Bankı ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 4 milyon 290 milyon manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü, mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara vəsait ayırması ilə əlaqədar olaraq 4 milyon 143 min manat xalis zərər ilə bağlamışdı. İlk rübdə “Unibank”, gəlirlərinin artması hesabına xalis mənfəət əldə edib.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 74 milyon 788 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 60 milyon 572 min manat, əməliyyat mənfəəti 14 milyon 216 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 926 min manat mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə "Unibank"ın cəmi əməliyyat gəlirləri 47 milyon 928 min manat, cəmi əməliyyat xərcləri 46 milyon 42 min manat, əməliyyat mənfəəti 1 milyon 886 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədili ehtiyatlara 6 milyon 29 min manat ayırmışdı.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə “Unibank”ın əməliyyat gəlirləri 26 milyon 860 min manat və ya 56%, əməliyyat xərcləri 14 milyon 530 min manat və ya 31,6% artıb. Bankın əməliyyat mənfəəti isə 12 milyon 330 min manat və ya 7,5 dəfə artıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2023-cü il tarixində "Unibank" 1 milyard 446 milyon 168 min manat cəmi aktivlərə, o cümlədən 940 milyon 572 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş kreditlər 50 milyon 979 min manat və ya 5,7% artıb.
2022-ci ilin sonu ilə müqayisədə cari ilin ilk rübündə "Unibank"ın istehlak kreditləri portfeli 31 milyon 667 min manat artarq 578 milyon 873 min manata, biznes kreditləri portfeli 15 milyon 471 min manat artaraq 289 milyon 796 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 840 min manat artaraq 71 milyon 902 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Unibank"da depozitlər 11 milyon 513 min manat artaraq 1 milyard 1 milyon 257 min manata çatıb. Ötən ilin sonunda Bankın depozit portfeli 989 milyon 744 min manat təşkil etmişdi. İlk rübdə fiziki şəxslərin depozitləri 4 milyon 681 min manat artaraq 776 milyon 37 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 833 min manat aratraq 225 milyon 220 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Unibank" 133 milyon 501 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 127 milyon 609 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
6 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
6 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
7 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























