Aqrar Sığorta Fondu müraciət "bombardımanı" altında
Havanın kəskin pisləşməsilə bağlara və əkinlərə ciddi zərər dəyib.Son günlər respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir çox rayonlarda güclü yağışlar, sel, subasma, külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi, dolu yağması halları qeydə alınıb.
Bu hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına, əkin sahələrinə ciddi zərər dəyib.
30-a yaxın rayon üzrə təsərrüfatları təbiət hadisələrindən zərər çəkmiş fermerlər dəymiş zərərin hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Artıq Fonda fermerlər tərəfindən 200-dən artıq müraciət daxil olub.
Aqrar Sığorta Fondundan bildirilib ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.
Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb.
Eyni zamanda Fond indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edib.
«Havaların qeyri-sabit keçməsi ilə əlaqədar sığortalı olmayan əkin sahələrinə, meyvə bağlarına da böyük zərər dəyib. Amma aqrar sığorta xidmətindən istifadə etmədiklərinə görə həmin sahələrin sahibləri zərərə görə kompensasiya ala bilməyəcəklər. Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizi dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edirik».
Qeyd edək ki, Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi Ramazan bayramı ilə bağlı tətil günlərində də adi rejimdə çalışacaq və fermerlərin müraciətlərini qəbul edəcək.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
6 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















