Fitch Belarusun "məhdud defolt" olduğunu təsdiqləyib
Fitch Belarusun xarici valyutada reytinqini “məhdud defolt” səviyyəsində təsdiqləyib“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Belarusun xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) proqnoz təqdim etmədən “RD” (məhdud defolt) səviyyəsində təsdiqləyib.
Marja xəbər verir ki, yerli valyutada uzunmüddətli IDR “CCC” səviyyəsində, hər iki valyutada qısamüddətli IDR isə “C” səviyyəsində saxlanılıb.
"Belarusun reytinqi avrobondlar üzrə öhdəliklərin milli valyutada davam edən ödənişini əks etdirir", - agentliyin açıqlamasında deyilir.
Fevralın sonunda Belarus Maliyyə Nazirliyi respublikanın Belarus-2023 avrobondlarını geri aldığını, həmçinin milli valyutada xüsusi hesaba vəsaitlərin köçürülməsi ilə Belarus-2023 və Belarus-2030 avrobondları üzrə faiz gəlirlərini ödədiyini elan edib.
Oktyabrın sonunda respublika prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, beynəlxalq sanksiyalar şəraitində “kollektiv Qərb”in bu cür əməliyyatlardan imtina etməsinə baxmayaraq, ölkə Qərb ölkələrinə dövlət borcu üzrə ödənişləri Belarus rublunda xüsusi hesablara köçürəcək. Belarus hakimiyyəti əvvəllər müəyyən xarici kreditorlar qarşısında Belarus rublu ilə öhdəliklərini yerinə yetirəcəklərini bəyan edib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























