Azərbaycanda dəmir yollarına kənar şəxslər tərəfindən müdaxilələr artıb
Dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində hüquq mühafizə orqanları tərəfindən maddi sübutlarla birlikdə saxlanılıblar.
Bu barədə Marja-ya Azərbaycan Dəmir Yollarının (ADY) Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, son zamanlar dəmir yolu infrastrukturunun normal fəaliyyət göstərməsinə kənar şəxslər tərəfindən müdaxilələr artmışdır. Xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementlərinin oğurluq halları (rels yanlığı, rels atlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar və s.) daha çox baş verir.
ADY və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolunda Polis İdarəsinin birgə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır hadisələrin qarşısı vaxtında alınmışdır.Dəmir yolu qurğuları və avadanlıqlarının talan edilməsi yol infrastrukturuna küllü miqdarda ziyan vurmaqla yanaşı qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır.
Qeyd edək ki, aprel ayının son 12 günü ərzində 7 oğurluq halı baş vermiş və şübhəli şəxslər saxlanılmışdır. İnfrasturktura vurulan ziyan dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə, o cümlədən sərnişinlərin həyatına ciddi təhlükə yarada bilər.
ADY vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa, oğurluğa cəhd halları ilə rastlaşdıqda isə yaxınlıqda yerləşən dəmir yolu stansiyası və DİN-in Dəmir Yolunda Polis İdarəsinə dərhal məlumat verməyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



