2 ildir zərər edən sığorta şirkətində yığıncaq keçiriləcək
9 may 2023-cü il tarixində “Günay Sığorta” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Günay Sığorta” ASC-nin investisiya qiymətli kağızlarının emitenti kimi 2022-ci il üzrə illik hesabatının təsdiq edilməsi.
2. “Günay Sığorta” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının (kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və kənar auditorun rəyini əks etdirən müvafiq sənədlər əlavə edilməklə) təsdiq olunması.
3. Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvanda keçiriləcək.
Xəbər verdiyimiz kimi, "Günay Sığorta" ASC 2022-ci ili 1 milyon 227 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Günay Sığorta"nın zərəri 9% artıb.
1992-ci ildən fəaliyyət götərən "Günay Sığorta" ASC-nin səhmdarları Yeganə Şirinova, Mahmud Məmmədov və "Günay Bank" ASC-dir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























