“Azerbaijan Fish Farm” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib - 16 MİLYON SƏRMAYƏ, 90 İŞ YERİ
Özəlləşdirilən daha bir müəssisə yenidən qurulub. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisəyə 16 milyon manata yaxın sərmayə yatırılıb, 90-a yaxın yeni iş yeri yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatıdır (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu).
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub. KİV nümayəndələrinə müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrası başa çatdırılıb.
Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb.
Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə icrac edilir.
“Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir. Neftçala rayonunun Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Hollandiyanın “HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat sonra
-
2 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
-
3 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
3 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
3 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
3 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
