"Kəpəz BOKT" kəskin böyüyüb, xalis mənfəəti 18 dəfədən çox artıb
"Kəpəz BOKT" MMC 2022-ci ili 772 min 511 manat xalis mənfəət ilə başa vurub. Bank olmayan kredit təşkilatı 2021-ci ili 42 min 659 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Kəpəz BOKT"un xalis mənfəəti 18 dəfədən çox artıb. Xalis mənfəətin artması əsasən gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Kəpəz BOKT"un faiz gəlirləri 1 milyon 53 min manat ikən, 2022-ci ildə 2 milyon 531 min manata yüksəlib (1 milyon 478 min manat və ya 2,4 dəfə artıb).
"Kəpəz BOKT"un digər gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 3,5 dəfə artaraq 195 min 467 manat təşkil edib.
Ötən il "Kəpəz BOKT"un ehtimal olunan kredit zərəri üzrə ehtiyata ayırması 15% azalaraq 270 min 647 manat təşkil edib. Bu azalma təşkilatın kredit portfelinin daha sağlam olduğuna işarədir.
"Kəpəz BOKT"un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 1,8 dəfə (80,6%) artaraq 6 milyon 927 min min manata çatıb. Ötən il kredit təşkilatının cəmi aktivləri isə 3 milyon 33 min manat və ya 59,3% artaraq 8 milyon 146 min manata yüksəlib.
Ötən il "Kəpəz BOKT"un cəmi kapitalı 59,6% artaraq 31 dekabr 2022-ci il tarixində 2 milyon 67 min manat təşkil edib (2021-ci ilin sonunda 1 milyon 294 min manata çatmışdı).
Ötən il kredit təşkilatının borc qiymətli kağızları (istiqrazlar) üzrə ödəlikləri 1 milyon 412 min manat və ya 47% aratarq 4 milyon 412 min manata yüksəlib. BOKT cəlb etdiyi vəsait hesabına müştərilərə verilən kreditləri, nəticədə də gəlirlərini və xalis mənfəətini artırmağı təmin edə bilib.
"Kəpəz" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti 19 Mart 2014-cü il tarixində BKT 22 saylı lisenziyaların mərkəzi reyesterinə daxil edilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























