Tikinti şirkətinin sahibi yüksək vəzifəli məmurun maşınına hücum edib?
Bakıda yüksək vəzifəli şəxs polisə müraciət edərək hədələndiyini bildirib.
Məlumata görə, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri, 1957-ci il təvəllüdlü Hikmət Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək aprelin 6-da səhər saat 08 radələrində avtomobilinə hücum edildiyini deyib.
O qeyd edib ki, tanışı, 1969-cu il təvəllüdlü Vahid Xələfov səhər saatlarında Xəzər rayonu Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı, 10 ** 200 dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsib. Həmin şəxsin əlində silaha bənzəyən əşya ilə avtomobilə zərbələr endirdiyini deyən Hikmət Xəlilov onun hədə-qorxu ilə pul tələb etdiyini iddia edib.
Digər məlumata görə, onun barəsində şikayət etdiyi Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.
Mətbuatda dərc olunmuş məlumatlara görə, Vahid Xələfov “SV GRUP” MMC-nin təsisçilərindən biridir.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
15 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 23 d. əvvəl
- 27 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)
