Yeni Jeep Grand Cherokee Azərbaycan bazarına təqdim edilib, SUV sevənləri heyran edib - FOTO/VİDEO
Yeni Jeep Grand Cherokee - azad ruhlu yolsuzluq avtomobili(®) Məşhur Dünya brendi olan Jeep avtomobillərinin rəsmi dilleri “Avtolüks Azərbaycan “ – 5 ci nəsil tamami ilə yenilənmiş Grand Cherokee modelini yerli bazara təqdim etdi.
Ən çox mükafat almış bu model SUV sevənləri yenilikləri ilə heyran edib.
Avtomobil tamami ilə yenilənib – rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya komplektasiyasına ön sərnişin oturacağı qarşısında quraşdırılan monitor əlavə edilmişdir. Həmçinin, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir.
Əgər üç sıralı Grand Cherokee L modeli yalnız 294 at gücünə malik 3,6-litrlik V6 Pentastar və 362 at gücünə malik 5,7-litrlik V8 Hemi aqreqatları ilə təklif edilirsə, beş nəfərlik Grand Cherokee modelinin arsenalında 281 at gücü olan 2,0-litrlik dörd silindrli turbo mühərrikə əsaslanan hibrid güc qurğusu mövcuddur. Bu qurğudan Wrangler 4xe modelində də istifadə olunur.
Aktiv təhlükəsizlik sistemlərinin siyahısında 110-dan çox opsiya mövcuddur, lakin piyadaların və velosipedçilərin aşkarlanması funksiyası olan avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası standart təchizata malikdir.
11-12 mart tarixində Avtolüks Azərbaycan tərəfindən, Şamaxı şəhərinə təşkil olunan “Jeep Tur 2023” iştirakçıları Yeni Jeep Grand Cherokee modelini sınaqdan keçirmək imkanından zövq almışlar.
Daha detallı məlumat əldə etmək üçün Jeep rəsmi satış mərkəzi ilə əlaqə saxlaya və yeni model avtomobili öncədən sifariş edə bilərsiniz.
Ünvan : Üzeyir Hacibəyli 57
Ünvan 2: Zaur Nudirəliyev 8
Qaynar xətt : 983
Şəhər mömrəsi : 0124048395
Mobil nömrə: 0552141949 / 0554444700
İnstagram link https://www.instagram.com/jeep_azerbaijan
Facebook link https://www.facebook.com/JeepAutolux
Website link https://autolux.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
6 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























