"Atəşgah Sığorta Şirkəti" zərər açıqladı
"Atəşgah Sığorta Şirkəti" ASC 2022-ci ili 518 min manat xalis zərər ilə başa vurub.
Şirkət 2021-ci ili 318 min manat xalis mənfəət ilə bağlamışdı.
"Atəşgah Sığorta Şirkəti"nin ötən il zərər ilə işləməsinin səbəbi sığorta ehtiyatlarına daha çox ayırma etməsi və sığorta ödənişlərinin artmasıdır.
Marja.az xəbər verir ki, ötən il "Atəşgah Sığorta Şirkəti"nin 29 milyon 664 min manat cəmi əməliyyat gəlirlərinə qaşı cəmi əməliyyat xərcləri 30 milyon 182 min manat olub. Xərclər gəlirləri üstələdiyindən şirkət zərərə düşüb.
2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 25 milyon 340 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 930 min manat, əməliyyat mənfəəti 410 min manat təşkil etmişdi.
"Atəşgah Sığorta"nın hesabladığı sığorta haqları 2021-ci ildə 25 milyon 55 min manat ikən, 2022-ci ildə 28 milyon 852 min manata yüksəlib. Şirkətin sığorta ödənişləri isə 2021-ci ildəki 10 miylon 546 min manatdan 2022-ci ildə 15 milyon 908 min manata qalxıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























