Biznes kreditlərinin 50%-i mikro, kiçik və orta sahibkarlara verilib
2022-ci il ərzində mikro, kiçik və orta sahibkarların (MKOS) kreditləşməsində müsbət artım trendi davam etmişdir. Belə ki, ilin əvvəli ilə müqayisədə MKOS subyektlərinə verilən kreditlərin həcmi 28% artaraq 5.7 milyard manata çatmışdır. Nəticədə, MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 50%-i ötmüşdür.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS subyektləri üzrə standartların yumşaldılmasıdır.
MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Son illərdə bankların öz vəsaitləri hesabına MKOS subyektlərinin maliyyələşməsində aktiv iştirakı müşahidə edilir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35% (1.3 milyard manat) artaraq 5 milyard manata çatmışdır. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89% olmuşdur. MKOS-ların maarifləndirmə imkanlarının təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)





.jpg)



.jpg)








