Bankların kredit portfeli cüzi artıb - BANK SEKTORUNDAKI VƏZİYYƏT AÇIQLANDI
28 fevral 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3003 olmuşdur.
Marja Mərkəzi Bankın aylıq Bülleteninə istinadən xəbər verir ki, fevral ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 170 nəfər artaraq 23 min 40 nəfər təşkil etmişdir.
8 fevral 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 708.6 milyon manat, cəmi öhdəlikləri 39 milyard 972.5 milyon manat, balans kapitalı 5 milyard 736.1 milyon manat olmuşdur.
Fevral ayında bankların kredit portfeli 0.4% və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
biznes kreditləri – 54.8% (1 milyard 835.6 milyon manat),
istehlak kreditləri – 29.7% (5 milyard 863.6 milyon manat)
ipoteka kreditləri – 15.5% (3 milyard 58.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 32 milyard 560.8 milyon manat). Depozit portfelinin 64.2%-ni (20 milyard 906.9 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.8%-ni (11 milyard 653.9 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1 milyard 784.2 milyon manat artaraq 11 milyard 653.9 milyon manat olmuşdur. Əmanət portfelinin 54.4%-i (6 milyard 336.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 62.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil etmişdir.
2023-cü ilin yanvar-fevral aylarında banklar 155.7 milyon manat xalis mənfəət, 250.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45% və 55% artmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























