TuranBank ağacəkmə aksiyasına qoşulub
TuranBank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
(®️)Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə martın 13-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə təşkil edilən ağacəkmə aksiyasına ölkənin aparıcı banklarından biri olan TuranBank da qoşulmuşdur.
Müşviqabad qəsəbəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə assosiasiyalarının (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının) və bu assosiasiyalara üzv təşkilatların rəhbər şəxsləri və kollektivi iştirak etmişdir.
Aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Məlumat üçün bildirək ki, 13 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanıb. Bu memoranduma əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu ildən başlayaraq 10 il ərzində hər il yüz min ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlər görüləcəkdir. Ağacəkmə tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır…
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
56 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
Ən çox oxunanlar

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
