“İnvestAZ Asset Management”in lisenziyası ləğv edilməyib, müddəti bitib - AÇIQLAMA
Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib."“İnvestAZ Asset Management” MMC şirkəti 27 avqust 2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Qiymətli Kağızlar bazarında aktivlərin idarə olunması üzrə fəaliyyət ilə bağlı lisenziya almışdır. Lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Lisenziyanın müddəti 5 il olub və 2018-ci ildə bitmişdir. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib".
Bu, "Marja"ya “İnvestAZ Asset Management” MMC-nin təsisçisi "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dən bildirilib.
Qeyd edilib ki, "İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır.
“İnvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti ayrı hüquqi şəxsdir və investisiya xidmətləri üzrə müddətsiz lisenziyaya malikdir.
Qeyd edək ki, Mərkəzi Bankın saytında verilən məlumata görə, Azərbaycanda investisiya fondunun idarəçisi fəaliyyəti üzrə lisenziyaya malik şirkətlərin sayı 2-dən 1-ə düşüb. Siyahıdan “İnvestAZ Asset Management” MMC-nin adı çıxarılıb. Bir sıra xəbər saytları şirkətin adının siyahıdan çıxarılmasını yanlış olaraq "“İnvestAZ Asset Management”in lisenziyası ləğv edildi" başlığı ilə təqdim ediblər. Halbuki, açıqlamada qeyd edildiyi kimi, lisenziyanın müddəti bitib.
Azərbaycan qanunvericiliyinə görə, “İnvestisiya fondu səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur. İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 8 saat sonra
- 6 saat sonra
- 8 saat əvvəl
-
-
11 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
11 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
12 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 12 saat əvvəl
-
13 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş




















